“ “Qarabağ” daha üstün futbolu ilə digər klublardan fərqlənir”

Bölmə: İdman › ,
Tarix: 21:21 24.04.2025

"İki yarım final oyunu da maraqlı keçdi, ilk oyunda "Qarabağ"ın üstünlüyü futbolçuların keyfiyyəti ilə daha çox bağlı idi. Çünki Qarabağ daha üstün futbolu ilə digər klublardan fərqlənir. Bu halda “Araz"ın “Qarabağ"a məğlub olması normaldır".



Bu sözləri futbol funksioneri Ceyhun Sultanov "İnformator.az"a açıqlamasında deyib.

 

O qeyd edib ki, "Araz"ın əlinə də bir neçə dəfə şans düşsə də, qələbənin “Qarabağ"da olacağı məlum idi:


"İkinci yarım finala baxdıqda isə deyə bilərəm ki, burada oyunun taleyini əvəzetmələr həll etdi. Çünki "Sabah"ın əvəzetmələri daha aktiv və istəkli idi, buna görə daha üstün idi. Ancaq təəssüf ki, bu "Neftçi" klubu üçün keçərli deyildi, oyunun taleyini həll edəcək oyunçu yox idi".

 

Müsahibimizim sözlərinə görə, "Sabah" və "Neftçi" mübarizəsində sadəcə əvəzetmələr oyunu apardı:


"Final turuna qaldıqda isə favorit "Qarabağ" olsa da, kubok oyunları fərqli-fərqli olur. “Qarabağ” güclüdür, onun oyun üslubu daha maraqlıdır. Yenə də sevilən olsa da, finalda “Qarabağ”ın şansları yarı-yarıyadır".

 

Zəhra Möhübbətova