Qiymətli metallarla bağlı müqavilə hansı mərhələdədir?

Tarix: 22:47 24.04.2025
Ukraynanın maliyyə naziri Serhii Marchenko bildirib ki, ABŞ-Ukrayna qiymətli metallar üzrə saziş üzrə irəliləyiş əldə edilir, lakin bu həftə razılaşma əldə edilməyəcək.
ABŞ və Ukrayna arasında qiymətli metallar üzrə saziş üzrə danışıqlar davam edir. Ukraynanın maliyyə naziri Serhi Marçenko Ukraynanın ABŞ-dəki səfirliyində keçirilən tədbirdə sazişlə bağlı açıqlamalar verib. Marçenko qiymətli metallarla bağlı sövdələşmədə irəliləyişin əldə olunduğunu, lakin bu həftə razılaşma əldə edilməyəcəyini bildirib.
Marçenko:
"İrəliləyiş əldə olunub və komandalarımız hazırda çox sıx əməkdaşlıq edir. Hələ müzakirə etdiyimiz bəzi suallar var" , - dedi.
Marçenko , həmçinin bildirib ki, ABŞ- nin maliyyə naziri Scott Bessent Rusiyanın dondurulan aktivləri məsələsinin daha geniş danışıqların bir hissəsi olmasını istəyir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp aprelin 17-də verdiyi açıqlamada ABŞ və Ukrayna arasında qiymətli metallar müqaviləsinin aprelin 24-də imzalana biləcəyini bildirib. Tramp:
"Ukrayna ilə cümə axşamı günü imzalanacağını gözlədiyim bir mineral müqaviləmiz var” , - deyib.
Mənbə:CNN Türk
Əminə Əliyeva