İran Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bölmə: Siyasət › ,
Tarix: 22:56 28.04.2025

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.

 

"İnformator.az" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar.