Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:36 01.05.2025

2025-ci il mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62.5 milyon ABŞ dolları təşkil edib.


“İnformator.az” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

 

Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 36 milyon dollar çoxdur. Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.1% azalıb.