Rusiya gözünü NATO-ya çevirib?

Bölmə: Dünya › ,
Tarix: 23:09 02.05.2025

Bütün dünyanın gözü Ukraynada olduğu halda, Rusiya ordusu sakitcə başqa planlarını həyata keçirir. ABŞ mətbuatına açıqlama verən NATO rəsmiləri Ukrayna müharibəsi başlayandan bəri hərbi xərclərini və potensialını sürətlə artıran Rusiyanın nəzərlərini NATO ölkələrinə çevirəcəyini bildirib.

 


Rusiya ordusu ilə dünyanı qorxutmaqda davam edir. ABŞ mətbuatı Rusiyanın gözünü NATO-ya çevirdiyini yazıb. Amerikada nəşr olunan “Wall Street Journal”ın xəbərinə görə, Rusiya ordusu Avropa sərhədində öz planlarını sakitcə həyata keçirir. Bu plan öz ərazisində, Finlandiya sərhədindən təxminən 100 mil şərqdə yeni baza yaradır. O, həmçinin tanklarda yeniliklərə məruz qalır. Ukrayna müharibəsindən əvvəlki ildə 40 ədəd T-90M tankı istehsal edirsə, indi 300 ədəd T-90M tankı istehsal edir.


Finlandiya ordusunun rəsmisi iddia edir ki, yeni istehsal olunan bu tanklar cəbhəyə göndərilmir, lakin sonradan istifadə üçün bazalarda toplanır.
Qəzetə danışan ABŞ-nin Avropa Komandanlığının komandanı Kristofer Kavoli bildirib ki, Rusiya ordusu bütün analitiklərin gözlədiyindən daha sürətlə böyüyür. O, əlavə edib ki, uzun müddətdir döyüşən Rusiya ordusu indi müharibənin əvvəlində olduğundan daha çoxdur.



Mənbə: CNN Türk
Əminə Əliyeva