HƏMAS Qəzza ilə bağlı saziş bağlamağa hazırdır

Tarix: 00:53 03.05.2025
Fələstinin HƏMAS hərəkatı Qəzza sektorunda atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib və hazırda İsrailin addımlarını gözləyir.
“İnformator.az” TASS-a istinadən xəbər verir ki, bu bəyanatı hərəkatın liderlərindən Əbdül Rəhman Şədid verib.
Onun çıxışı "Al Jazeera" telekanalında yayımlanıb. HƏMAS hərəkatı həmçinin rəsmi olaraq təsdiq edib ki, İsraillə saziş çərçivəsində Qəzza sektorunda 5 il müddətinə atəşkəs tələb edir.