İsraildən Suriyaya hücum hədəsi!

Tarix: 22:21 02.05.2025
İsrailin dövlət televiziyası “Kan”ın yaydığı xəbərə görə, müdafiə naziri Yoav Qalant bəyan edib ki, "əgər druzilərə qarşı hücumlar davam edərsə, İsrail Suriyaya sərt cavab verəcək". Xarici işlər naziri Gideon Saar isə beynəlxalq ictimaiyyəti Suriyaya müdaxilə etməyə çağırıb.
Digər tərəfdən, Təl-Əviv hökuməti Şam rejiminə qarşı qızışdırdığı druziləri “qorumaq” bəhanəsi ilə Sahnaya bölgəsinə hücum təşkil edib. İsrailin baş naziri Benyamin Netanyahu isə bu hücumun “xəbərdarlıq xarakterli” bir əməliyyat olduğunu bildirib və “daha sərt mesajlar veriləcəyi” ilə hədələyib.
Şam ətrafında, Süveyda, Sahnaya və Kuneytirə bölgələrində bir neçə gündür druzilərlə Suriya təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. Həm druzilərə məxsus silahlı qruplar, həm də Suriya ordusu tərəfdən çox sayda adamın həlak olduğu bildirilir.
Mənbə: CNN Türk
Türkan Kərimli