"Neftçi” yenə xal itirib

Bölmə: İdman › ,
Tarix: 22:22 04.05.2025

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub.

 

“İnformator.az” xəbər verir ki, günün son qarşılaşması “Neftçi” ilə “Kəpəz” arasında keçirilib.

 

Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. 

Bakı klubu 37 xalla 6-cı, gəncəlilər isə 29 xalla 9-cu yerdə qərarlaşıb. 

4 may

20:00. “Neftçi” – “Kəpəz” - 2:2

Qollar: Aleks Fernandes, 24 (1:0), Luis Paçu, 50 (1:1), Camal Cəfərov, 63 (1:2), Emin Mahmudov, 90+6 - pen. (2:2)

 

Qırmızı vərəqə: Elvin Camalov, 70 (“Neftçi”)

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

 

“Neftçi Arena”