Bu yolda sürət həddi endirilib

Tarix: 23:43 04.05.2025
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə “İnformator.az” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
Qeyd edilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.