Superliqa klubu baş məşqçisini göndərdi

Bölmə: İdman › ,
Tarix: 21:13 10.05.2025

 

Türkiyə Superliqasında çıxış edən “Qaziantepspor” baş məşqçi Selçuk İnanla yolları ayırıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Klub 40 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını açıqlayıb. Qeyd edək ki, İnan 2023/2024 mövsümündən Qaziantep klubunu çalışdırırdı.


Əlavə edək ki, “Qaziantepspor” Selçuk İnanın rəhbərliyi altında Türkiyə Superliqasının cari mövsümündə meydana çıxdığı 33 matçda 12 qələbə qazanıb, 6 heç-heçə edib.  Bu görüşlərin 15-də məğlubiyyətlə üzləşən komanda hazırda 42 xalla 12-ci pillədədir.