“Rusiya və Ukrayna üçün böyük həftə gəlir”-Tramp

Bölmə: Dünya › ,
Tarix: 10:35 11.05.2025

Rusiya və Ukrayna üçün potensial olaraq böyük gün yetişir!”

 

İnformator.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında qeyd edib.

 

O əlavə edib ki, bu, yüzminlərlə insanın xilasına yola aça bilər:

 

“Bu, tamamilə yeni və daha yaxşı bir dünya demək olacaq. Bu məqsədlə hər iki tərəflə işləməyə davam edəcəyəm. Böyük həftə ilə qarşı-qarşıyadırlar!”