Omanda ABŞ-İran danışıqlarının növbəti raundu başlayıb

Tarix: 15:44 11.05.2025
Omanın paytaxtı Maskatda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların növbəti raundu başlayıb.
“İnformator.az” danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.
Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə üç raund danışıqlar keçiriblər.
Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda baş tutub.