Çin və Rusiya arasında danışıqlar davam edir-ŞƏRH

Tarix: 22:10 12.05.2025
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib. Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb. TASS-ın məlumatına görə, yüksək səviyyəli danışıqlar ümumilikdə 7,5 saat davam edib. Liderlər mətbuat qarşısına çıxaraq iki birgə bəyanat imzalayıblar. Nümayəndə heyətləri isə dövlətlərarası saziş daxil olmaqla sənədlər paketinə imza atıblar.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Çin liderinin Rusiyaya bu səfəri göstərir ki, Rusiya və Çin arasında münasibətlər kifayət qədər yaxşıdır:
"Artıq onların əməkdaşlığı olduqca möhkəmdir və onların arasına girmək və ya bu münasibətləri zədələmək çox da asan iş deyil. Tramp əsasən çalışırdı ki, onların arasındakı münasibətlərı mane olsun, amma bu artıq mümkün deyil. Danışıqlar buna sübutdur ki, Çin və Rusiya birgə hərəkət edirlər və onların əməkdaşlıqları hər gün bir az daha genişlənir. Əlbəttə, ola bilsin ki, danışıqlarda hansısa fərqli məqamlarda var. Yəni bu o demək deyil ki, onlar hər məsələdə eyni cür düşünürlər. Amma hər halda strateji olaraq, onlar bu gün Qərb blokuna qarşı bir yerdədilər və o cümlədən yəqin ki, Rusiya Ukrayna münaqişəsinində gedişatında da Çin Rusiyanı dəstəkləyəcək. Düzdür, Rusiyadan təklif ortaya çıxdı konkret olaraq, ayın 15-də danışıqların başlanması, böyük ehtimalnan Rusiya və Çinin arasında da bu məsələ müzakirə olunub. Əslində Qərblə Avropa ilə Ukrayna və ABŞ ilə münasibətlərdə Çin və Rusiya birgə addım atacaqlar və onlar böyük ehtimalla əksər məsələlərdə razılaşdırılmış dünya xəritəsini izləyəcəklər".
O həmçinin açıqlamasında bildirib ki, əlbəttə dünya düzənin qurulduğu bir dönəmdə belə bir əməkdaşlıq yeni formatların, yeni güncənlənmələrin müyyən qədər çətinliklərlə üzləşməsini şərtləndirir:
"Əvvəla Çin artıq güc mərkəzi kimi özünü təsdiq edib. Rusiya da yeni dünya düzənində güc sahiblərindən olsun, dünyanın qütb mərkəzlərindən biri olsun əlbəttə, bu məsələlərdə özünü təsdiqləyib. Strateji məsələlərdə anlaşsalar o zaman Qərbin də, ABŞ-nin də digər dövlətlərin qarşısında çox ciddi bir maneə yaranır. Hər halda dünya düzəninin əsas aləti müharibələr və münaqişələrdir. Anlaşılan odur ki, müharibələrdə Çin və Rusiya bir-birini dəstəkləsə o zaman Qərb dövlətlərinin və Avropanın çox ciddi çətinlikləri var. Amerikanın da xüsusi ilə düşündüyü məsələlər Çini zəiflətmək və ya məhv edmək cəhtləri çoxda uğurlu olmayacaq. Hər halda bu iki nüvə dövlətinin bir arada olması digər dövlətlərə kifayət qədər çətinliklər yaradacaq".
Ayşən Səlimova