Prezident Ərdoğan Zelenski ilə telefon danışığı aparıb

Tarix: 22:31 12.05.2025
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan görüş zamanı Rusiya və Ukraynanın birbaşa danışıqları bərpa etmək iradəsini son dərəcə əhəmiyyətli gördüyünü və Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
Sülh danışıqları münasibətilə Rusiya və Ukrayna nümayəndə heyətlərini Türkiyədə qonaq etməkdən məmnun olacaqlarını bildirən Ərdoğan, hərtərəfli atəşkəsin sülh danışıqlarının başlanması üçün lazımi mühiti təmin edəcəyini və açılan fürsət pəncərəsinin qaçırılmaması lazım olduğunu söylədi.
Mənbə:CNN Türk
Əminə Əliyeva