Zelenski ABŞ və Ukrayna arasında “iqtisadi tərəfdaşlıq” sazişi imzalayıb

Tarix: 22:43 12.05.2025
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-Ukrayna “iqtisadi tərəfdaşlıq” sazişini imzalayıb.
Ukrayna parlamentinin rəsmi saytından alınan məlumata görə, prezident Zelenski ABŞ-Ukrayna “iqtisadi tərəfdaşlıq” sazişini imzalayıb.
Ukraynaya məxsus nadir torpaq elementləri ilə bağlı iki ölkə arasında əməkdaşlığı da nəzərdə tutan saziş mayın 1-də iki ölkə imzalayıb.
Vaşinqtonda imzalanan sazişi daha sonra mayın 8-də Ukrayna parlamenti təsdiqləyib.
ABŞ və Ukrayna uzun sürən danışıqlardan sonra mayın 1-də nadir torpaq elementlərinin istifadəsini ehtiva edən “iqtisadi tərəfdaşlıq” sazişinin imzalandığını elan ediblər.
İqtisadi tərəfdaşlıq sazişi “ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondu”nun yaradılmasını nəzərdə tutur.
İki ölkə arasında imzalanan “iqtisadi tərəfdaşlıq” sazişi ABŞ-yə Ukraynanın təbii sərvətlərinə bu günə qədər verdiyi hərbi və maliyyə dəstəyi müqabilində çıxış imkanı verəcək.
ABŞ prezidenti Donald Tramp sazişlə bağlı verdiyi son açıqlamada ABŞ və Ukrayna arasında imzalanan iqtisadi tərəfdaşlıq sazişinin Kiyev üçün “təhlükəsizlik zəmanəti” olacağını və Rusiyanı “bloklaya” biləcəyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski razılaşmanı dəyərləndirərək, "Sazişdə heç bir borc yoxdur. Ukraynaya sərmayə qoyacaq və buradan pul qazanacaq inkişaf fondu yaradılır",- ifadəsini işlətdi.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli