Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar

Tarix: 11:20 14.05.2025
Avropa İttifaqına üzv ölkələr bu gün ərzində Rusiyaya qarşı yeni 17-ci sanksiyalar paketinin məzmununa dair ilkin razılığa gəlməyi planlaşdırır.
“İnformator.az” xəbər verir ki, bu barədə məlumatı “ Bloomberg” agentliyi yayıb.
Yeni sanksiyalar paketi Rusiyanın təqribən 60 şirkət və vətəndaşının, eləcə də 150 tankerinin “qara siyahı”ya salınmasını nəzərdə tutur.
Yeni məhdudiyyətlərin mayın 20-də təsdiq ediləcəyi gözlənilir.
Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Yeni məhdudiyyətlərin mayın 20-də Aİ-yə üzv ölkələrin XİN rəhbərlərinin təsdiq ediləcəyi gözlənilir.