Ermənistan XİN-dən sülh sazişi ilə bağlı daha bir açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 15:50 14.05.2025

“Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və yekunlaşdırıldığını elan ediblər”.

 

“İnformator.az” xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyasında çıxışı zamanı deyib.

 

“Sazişin ən qısa zamanda imzalanaraq ratifikasiya olunması nəzərdən keçirilməlidir. Mən Ermənistanın gecikmədən bu yolla getməyə hazır olduğunu bir daha təsdiq edirəm”, - o əlavə edib.