Kreml: Rusiya heyəti sabah İstanbulda Ukrayna heyətini gözləyəcək

Tarix: 16:53 14.05.2025
Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək sülh danışıqları ilə bağlı açıqlamalarının qüvvədə olduğunu bildirib və deyib: “Rusiya heyəti Ukrayna heyətini sabah İstanbulda gözləyəcək.”
Peskov Moskva şəhərində jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.
Türkiyənin vasitəçiliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək sülh danışıqlarında iştirak edəcək Rusiya heyətinin kimlərdən ibarət olacağı ilə bağlı sualı cavablandıran Peskov bildirib:
“Bu barədə Prezidentdən göstəriş gəldikdə açıqlayacağıq. Hələlik belə bir göstəriş yoxdur. Putin tərəfindən 11 may tarixində verilən açıqlama qüvvəsini saxlayır. Rusiya heyəti sabah Ukrayna heyətini İstanbulda gözləyəcək.”
Mənbə TRT Haber
Günel Verdiyeva