Prezident Ərdoğan 3 ölkədən səfirləri qəbul edib

Tarix: 20:18 14.05.2025
Prezident Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiya, Anqola və Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirlərinin etimadnaməsini qəbul edib.
Prezident Kompleksində təşkil edilən ziyafətdə Yeni Zelandiya səfiri Qreq David Lyuis, Anqola səfiri Joao Salvador Dos Santos Neto və ABŞ səfiri Tomas Cozef Barak etimadnamələrini prezident Ərdoğana təqdim ediblər. Səfirlər səfirliyin əməkdaşlarını təqdim ediblər və prezident Ərdoğanla xatirə şəkli çəkdiriblər. Ərdoğan daha sonra Yeni Zelandiya səfiri Lyuis, Anqola səfiri Neto və ABŞ səfiri Barak ilə ayrı-ayrılıqda görüşüb.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı