Xalq artisti Hacıbaba Bağırovun doğum günüdür

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:59 12.06.2025

Bu gün Xalq artisti Hacıbaba Bağırovun doğum günüdür.

 

“İnformator.az”  xəbər verir ki, Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində fəhlə ailəsində anadan olub.

 

 

Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib. Burada sənət korifeylərindən dərslər alıb - nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

 

1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.

 

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpkili rollar oynayıb.