İsrailin İrana zərbəsindən sonra AZAL daha bir neçə reysi ləğv edib

Tarix: 15:01 13.06.2025
Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan daha bir neçə reysi ləğv edilib.
“İnformator.az” bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, aşağıdakı reyslər ləğv edilib:
Bakı-Lahor-Bakı (J2 145/146)
Bakı-Mumbay-Bakı (J2 059/060)
Bakı-Dammam-Bakı (J2 8205/8206).
Bildirilir ki, AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.
"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.