Bilgəhdə batan uşağın meyiti tapılıb

Tarix: 22:15 14.06.2025
Bilgəhdə dənizdə batan uşağın meyiti tapılıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, axtarışlar başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.