Tramp: Putin zəng vurub doğum günümü təbrik edib

Tarix: 22:22 14.06.2025
ABŞ Prezidenti Tramp bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığını təsdiqləyib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, o, V.Putinin bu səhər zəng etdiyini bildirib.
D.Tramp qeyd edib: "Putin səhər zəng edib mənim doğum günümü təbrik edib. Amma daha önəmlisi, onun çox yaxşı tanıdığı bir ölkə - İran haqqında danışdıq. Çox uzun danışdıq. Rusiya-Ukrayna məsələsinə az vaxt sərf etdik, çünki bu, gələn həftənin söhbətidir".