"Hypers Guba" azarkeş sayında lider olub

Tarix: 23:37 14.06.2025
2024/2025 mövsümündə II Liqanın oyunlarını 31 min 930 tamaşaçı izləyib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, baş tutan 178 oyunda orta göstərici 179-a bərabər olub.
Tamaşaçı sayında “Hypers Guba” hamını qabaqlayıb. Bu göstəricidə “Şəfa” ikinci, “Şəmkir” üçüncüdür.