“OPEC+” ölkələri ötən ay gündəlik plandan 52 min barel az neft hasil edib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:36 16.06.2025

Bu ilin may ayında “OPEC+” sazişində iştirak edən ölkələr gündəlik neft hasilatını 200 min barel artırıblar, lakin plandan 52 min barel az neft hasil ediblər.


"İnformator.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyun hesabatında bildirilir.

 

Bu zaman OPEC-ə üzv olan iştirakçı ölkələr hasilatı gündəlik 205 min barel artırıblar, bu, əsasən Səudiyyə Ərəbistanının (gündəlik + 177 min barel) sayəsində mümkün olub, bununla belə, krallığın hasilatı onun kvotasından gündəlik 17 min barel az olub. Bütün qrupun hasilatı isə icazə verilən səviyyədən gündəlik 38 min barel çox olub.


Sistematik olaraq öhdəliklərini pozan İraq mayda onları cəmi gündəlik 21 min barel keçib, hasilatı aprel ayına nisbətən gündəlik 50 min barel azaldaraq sutkada 3,93 milyon barelə endirib. Son aylarda icazə verilən səviyyəyə çata bilməyən Nigeriya müəyyən edilmiş kvotanı gündəlik 44 min barel, Qabon isə gündəlik 56 min barel keçib.