Gənə xəstəlikləri artıb!

Tarix: 20:30 16.06.2025
Gənə ilə yoluxan xəstəliklərin artmağa başladığını ifadə edən Professor Dr.Zəhra Çağla Karakoç deyib:
''Ölkəmizdə gənədən insanlara keçə bilən ən əhəmiyyətli xəstəlik Krım-Konqo Qanamalı Atəşidir (KKKA)".
"Yay aylarının gəlişi ilə Türkiyədə gənə xəstəlikləri də artmağa başlayıb. Gənələr məcburi qansoran artropodlardır və dünyanın hər bölgəsində müşahidə olunur. Xüsusilə yaz və yay aylarında aktivləşirlər. Türkiyə iqlim və coğrafiya baxımından gənə həyatı üçün əlverişlidir. Xəstəliyin inkubasiya dövrü təqribən 1-3 gündür. Yüksək hərarət, baş ağrısı, əzələ və oynaq ağrıları, ürəkbulanma-qusma və qarın ağrısı xəstəliyin simptomlarıdır.Xəstəlik irəlilədikcə dəridə və daxili orqanlarda qanaxma baş verir, ağır hallar ölümlə nəticələnə bilər".
Mənbə: CNN Türk
Zəhra Möhübbətova