İlham Əliyevin səyləri nəticəsində 30 illik işğala son qoyuldu. 28 mayda Laçındaydıq. Füzuli və Zəngilandan sonra Laçın aeroportunun da açılışını etdik".


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında deyib.

 

"İşğaldan azad olunan ərazilərdə - Qarabağın hər yerində yenidənqurma işləri davam edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra inkişaf daha da sürətlənəcək. Allah Azərbacan və Türkiyə birliyini daim etsin. Bir daha Azərbaycanı 15 iyun - Qurtuluş Günü münasibətilə təbrik edirəm. İlham Əliyevin timsalında bütün Azərbaycan xalqına təşəkkür edirəm".