İsrail-İran münaqişəsində ABŞ-nin iştirakı ilə bağlı qərarı iki həftə ərzində verəcək

Tarix: 22:44 19.06.2025
Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, Donald Tramp ABŞ-ın İsrail və İran arasındakı münaqişəyə birbaşa müdaxilə edib-etməməsi ilə bağlı qərarını növbəti iki həftə ərzində verəcək. Onun sözlərinə görə, Tramp bu müddəti ona görə müəyyən edib ki, İranla “yaxın gələcəkdə əhəmiyyətli danışıqlar ehtimalı” olduğuna inanır.
Bundan əvvəl İranın xarici işlər nazirinin müavini BBC-yə bildirib ki, əgər ABŞ münaqişəyə qoşularsa, bu, bölgədə “cəhnnəmə” çevriləcək və əlavə edib: “Bu, Amerikanın savaşı deyil”.
Hadisələrin üzərindən bir həftə keçsə də, İranın nüvə proqramı ciddi zərər görüb.Lakin tamamilə məhv edilməyib.
İsrailin səhiyyə nazirliyinin məlumatına görə, İranın cümə axşamı atdığı raketlər nəticəsində İsraildə 270-dən çox insan xəsarət alıb. İran rəsmiləri bu günə qədər öz itkiləri ilə bağlı məlumat açıqlamayıblar.
BBC
Asiman Vəliyeva