Zelenski istefa verən generalın yerinə onu təyin edib

Bölmə: Dünya › ,
Tarix: 22:48 19.06.2025

Gennadi Şapovalov Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının yeni komandanı təyin edilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.


Xatırladaq ki, Quru Qoşunlarına Mixail Drapatıy komandanlıq edirdi. O, iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətindəki təlim bölməsinə hücum nəticəsində 12 hərbçinin həlak olması, 60-dan çoxunun yaralanması ilə əlaqədar istefa verib.

 

Briqada generalı Gennadi Şapovalov “Cənub” operativ komandanlığına rəhbərlik edib.