Finlandiya Ottava müqaviləsindən çəkilib

Tarix: 18:19 19.06.2025
Finlandiya Parlamenti, antipersonal mina istifadəsini qadağan edən Ottava müqaviləsindən çıxma qərarını təsdiqləyib. 175 deputatın iştirak etdiyi səsvermədə 157 lehinə, 18 əleyhinə səs verilib. Qərarın qüvvəyə minməsi üçün prezidentin təsdiqi və BMT-yə bildirişdən 6 ay sonra icra olunacaq.
Hökumətin hazırladığı hesabatda minaların ölkənin müdafiəsi üçün zəruri olduğu qeyd edilib. Müdafiə naziri An Hakkanen qərarı “güclü və birləşmiş müdafiə mesajı” kimi qiymətləndirib. Prezident Aleksandr Stubb da Rusiyanın təhdidlərini əsas gətirərək müqavilədən çıxışı müdafiə edib. Digər tərəfdən, Finlandiya, humanitar mina təmizləmə fəaliyyətlərinə dəstəyini davam etdirəcəyini bildirib. Polşa, Litva, Estoniya və Latviya da müqaviləsindən çıxmağı planlaşdırır. Ottava müqaviləsi 1999-cu ildə qüvvəyə minib və antipersonal minaların istehsalını, istifadəsini, depolanmasını qadağan edir. Hazırda 164 ölkə müqaviləyə qoşulub.
Anadolu Agentliyi
Billurə Quliyeva