BMT-dən İsrail və İrana çağırış

Tarix: 19:44 19.06.2025
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Folker Türk bildirib ki, “bu artan məntiqsizlik girdabından qurtulmağın yeganə yolu maksimum təmkin göstərmək, beynəlxalq hüquqa tam hörmət etmək və xoş niyyətlə danışıqlar masasına qayıtmaqdır”.
Türk İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmaya dair yazılı açıqlama verib.
“İsrailin İran ərazisində davam etdirdiyi genişmiqyaslı hücumlar və İranın buna cavab olaraq başladığı raket və pilotsuz uçuş aparatları ilə hücumlar mülki insanlar üzərində ciddi insan haqları və humanitar təsirlər yaradır”, – deyə Türk vurğulayıb.
O əlavə edib ki, bu hücumlar bütün regionu “alova bürümək” riski daşıyır.
Türk bildirib ki, qarşılıqlı hücumlar artıq hərbi hədəfləri aşaraq ciddi dağıntılara səbəb olub: “Bu hücumlar nəticəsində mülki şəxslər həlak olub və yaralanıb, tibbi infrastruktur, yaşayış evləri, su boruları, neft və qaz obyektləri kimi bir çox mülki obyektlər zərər görüb”.
TRT XƏBƏR
Nuray Əliyeva