10 qadına təcavüz edən tələbəyə 24 il həbs cəzası verilib

Tarix: 20:47 19.06.2025
İngiltərədə "ən məhsuldar yırtıcılardan biri" olan çinli bir doktorantura tələbəsi minimum 24 il müddətinə ömürlük həbs cəzasına məhkum edilib.
Çin vətəndaşı Zhenhao Zou 2019-cu ilin sentyabrından 2023-cü ilin mayına qədər Londonda üç, Çində isə daha yeddi qadına narkotik verib və təcavüz edib.
Prokurorların dediyinə görə, 10 qurbandan üçünün şəxsiyyəti müəyyən edilib, lakin Metropolitan Polisinin detektivləri onun daha onlarla insanı hədəfə ala biləcəyindən qorxurlar və potensial qurbanların onlarla əlaqə saxlamasını xahiş ediblər. Məhkəmədən sonra 24 qadın çıxış edib.
Hökm zamanı hakim Rosina Kottec KC, müttəhimin "cinsi yırtıcı" olduğunu gizlətmək üçün manipulyasiya edən "cazibədar maska"dan istifadə edən "çox parlaq gənc" olduğunu söyləyib.
BBC
Nəzrin Məmmədova