Davamlı olan qarın ağrısı, şişkinlik- Simptomlara diqqət edin!

Tarix: 19:33 23.06.2025
Mütəxəssislər irritabl bağırsaq sindromunun qadınlarda daha çox olduğunu söyləyərək xəstəliyə qarşı əhəmiyyətli xəbərdarlıqlar edib. Bəs irritabl bağırsaq sindromu nədir və necə müalicə olunur?
Cəmiyyətdə tez-tez rast gəlinən xəstəliyin insanın həyat keyfiyyətinə mənfi təsir etdiyini vurğulayan Ariş Coşar deyib:
"Gender baxımından baxdığımızda kişilərə nisbətən qadınlarda daha çox rast gəlindiyi ifadə edilib. Stress, sıxıntı, çətin şərtlər bu xəstəliyin ortaya çıxmasını və əlamətlərini asanlaşdıran digər amillər arasındadır".
Dr.Coşar, bu cür qiymətləndirmə edib:
"Simptomlar uzun müddət davam etdiyi üçün hər kəs xərçəng kimi xəstəlikləri düşünür, ancaq irritabl bağırsaq sindromu xərçənglə irəliləyən bir xəstəlik deyil. Bədxassəli xərçəng tipli xəstəliklər isə 40 yaşdan sonra ortaya çıxır və adətən qısa və kəskin uzun simptomlarla müşayiət olunan irritabl sindrom şəklində görünür".
Mənbə: CNN Türk
Zəhra Möhübbətova