ABŞ-nin İrana hücum edən təyyarələri Türkiyə səmasından uçmayıb

Tarix: 22:40 23.06.2025
Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi bəzi media resurslarında yayılan "İranın nüvə obyektlərinə hücum edən Amerika bombardmançı təyyarələrinin Türkiyə hava məkanından istifadə etməsi" barədə iddiaları təkzib edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, rəsmi açıqlamada bu iddiaların dezinformasiya olduğu vurğulanıb.
Bildirilib ki, İsrailin İrana qarşı başladığı hücumlarda Türkiyə hava məkanı heç bir şəkildə pozulmayıb, eyni zamanda ABŞ tərəfindən İranın nüvə obyektlərinə yönəlik həyata keçirilən hərbi əməliyyatlarda da Türkiyə hava məkanı qətiyyən istifadə olunmayıb.