Rusiyada mülki helikopter qəza enişi edib

Tarix: 15:53 27.06.2025
Rusiyanın Tver vilayətində mülki Mi-8T helikopteri təcili qəza enişi edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, içində 6 nəfərin olduğu helikopterin mühərrikinə quş daxil olub. Hadisə zamanı can itkisi olmayıb.
Faktla bağlı araşdırma aparılır.