Putin Trampla görüşə hazırlaşdığını açıqlayıb

Tarix: 19:20 27.06.2025
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşünü tamamilə mümkün adlandırıb.
"İnformator.az"ın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya lideri bunu Belarusun paytaxtı Minskə səfərinin yekunları üzrə jurnalistlərlə söhbətində deyib.
"Beləliklə, ümumilikdə görüş tamamilə mümkündür və biz onu məmnuniyyətlə hazırlayacağıq", - Putin bildirib.
O, həmçinin qeyd edib ki, Tramp səmimi şəkildə Ukrayna ilə müharibənin həllinə kömək etməyə çalışır.