Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Bölmə: Hadisə › ,
Tarix: 10:14 28.06.2025

Rusiyanın Primorsk diyarının Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Təyyarənin göyərtəsində yalnız pilot olub. Onun həlak olduğu bildirilib.