TƏBİB Şəkidəki yol qəzası ilə bağlı açıqlama yayıb

Bölmə: Sosial › ,
Tarix: 15:20 05.07.2025

05.07.2025-ci il tarixində saat 11:55 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ( 3-ü qadın cinsli , 1-i kişi cinsli olmaqla) hospitalizasiya olunub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd olunub. 


"Şəxslərin hər birinə zəruri ilkin tibbi yardım göstərilib, hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

 

Vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda bildirilib.