Ərdoğan CHP-yə məsləhət verib:-Məhkəməni gözləyin

Bölmə: Dünya › ,
Tarix: 19:07 05.07.2025

"CHP siyasəti artıq qarşılıqsız bir siyasətə çevrilib. Sosial mediada insanları manipulyasiya edərək idarə edəcəklərini düşünürdülər, amma millətimiz bu çirkli oyunların fərqinə varıb".

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələri ilə söhbətində qeyd edib.

 


Ərdoğan küçə aksiyalarının yalnız "separatçılara və qiyamçılara" xidmət etdiyini və bununla bağlı xalqın artıq yetərincə məlumatlı olduğunu vurğulayıb