2025-ci ildə çoxsaylı yeni arxeoloji kəşflər edilib
Türkiyədə arxeoloji işlər “Gələcək üçün Miras” layihəsi çərçivəsində 2025-ci ildə də fasiləsiz davam etdirilib. İl ərzində Türkiyənin hər yerində aparılan qazıntılar zamanı əhəmiyyətli arxeoloji tapıntılar üzə çıxarılıb.
Tarix boyu saysız-hesabsız sivilizasiyaları qucaqlayan Anadolu keçmişin izlərini daşıyan əsərlərlə doludur. Bu günə qədər bir çox mühüm qalıqlar aşkar edilsə də, hələ də yerin dərinliklərində kəşf edilməyi gözləyən böyük bir mədəni irs var. Mədəniyyət və Turizm Nazirliyinin koordinasiya etdiyi arxeoloji qazıntılar Anadolunun min illik tarixinə işıq salan yeni tapıntılar üzə çıxarır. Türkiyənin hər yerində ekspert qrupları həm quruda, həm də su altında çalışır, vasvasılıqla ipucu axtarır, səbirlə keçmişin izlərini üzə çıxarır.
TRT Xəbər
Xədicə Kərimova
