7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı
Sakit okeanda Yeni Kaledoniya yaxınlığında baş verən 7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, rəsmilər Yeni Kaledoniyada Loyalti adalarının cənub-şərqində baş verən 7,8 bal gücündə zəlzələnin sunami xəbərdarlığına səbəb olduğunu bildirib. ABŞ Geoloji Xidməti Yeni Kaledoniya yaxınlığında baş verən zəlzələnin 38 km dərinlikdə olduğunu qeyd edib.
Papua-Yeni Qvineya, Quam və digər Sakit okean adalarında daha kiçik dalğaların görünə biləcəyi bildirilib.
Qeyd edək ki, Yeni Zelandiyanın Mülki Müdafiə Agentliyi ölkənin sahilyanı ərazilərində qeyri-adi cərəyanlar və gözlənilməz dalğalanmalar ehtimalı barədə xəbərdarlıq edib.
Aydan
