00:00:00
Yazar
Nərmin Həşimova
27.04.2026 19:49 23 2 dəq oxuma
Sosial

9-cu sinif imtahanları başa çatdı: Kolleclərə qəbulda bal artımı müşahidə oluna bilər

9-cu sinif imtahanları başa çatdı: Kolleclərə qəbulda bal artımı müşahidə oluna bilər

9-cu sinif buraxılış imtahanlarının son mərhələsi başa çatıb. Bu imtahanlar yalnız şagirdlərin bilik səviyyəsini yoxlamaqla kifayətlənmir, eyni zamanda onların məntiqi düşünmə, oxuyub-anlama və əldə etdikləri bilikləri tətbiq etmə bacarıqlarını da qiymətləndirməyə yönəlib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən təhsil eksperti Afərim Seyidova bildirib ki, keçən il keçirilən 9-cu sinif buraxılış imtahanı ilə müqayisədə bu il ciddi fərqlər müşahidə olunmayıb: 


“Dil qaydalarında müəyyən dəyişikliklər var, cədvəllər artırılıb və suallar bir qədər daha dərinləşdirilib. Ümumilikdə, proqram tam şəkildə əhatə olunub və kurikulumun bütün alt standartları yerinə yetirilib. Bütün fənlər üzrə suallar mövzuları tam əhatə edir, mətnlər isə əsasən oxuyub-anlama bacarıqlarını yoxlamağa yönəlib. Bu da şagirdlərin məntiqi, tənqidi və yaradıcı düşünmə qabiliyyətlərini üzə çıxarır. 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə əsasən, xüsusilə kolleclərə qəbulda bəzi ixtisaslar üzrə bal artımı müşahidə oluna bilər. Suallar ümumilikdə normal səviyyədə olub, çətinlik dərəcəsi isə orta hesab edilə bilər. Bütün fənlər üzrə imtahanlar ümumilikdə normal şəraitdə keçirilib. Təcrübəli və ya təcrübəsiz olmasından asılı olmayaraq, hazırlığı güclü olan və məktəb bazası möhkəm şagirdlər üçün imtahan çətin olmayıb və onlar prosesi rahat şəkildə başa vurublar. Xüsusilə ingilis dili fənnində şagirdlərin daha çox söz bazası və oxuyub-anlama bacarıqları yoxlanılır. Xarici dillərdə qiymətləndirmənin yalnız qaydalara deyil, həm də danışıq və dinləyib-anlama bacarıqlarına yönəlməsi müsbət və təqdirəlayiq dəyişiklikdir”.

 


Mehriban Yariyeva

#9-cu sinif #imtahan #başa çatdı #nəticə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər