00:00:00
Yazar
Aysel Mirzəyeva
22.03.2026 14:49 19 1 dəq oxuma
Dünya

Abbas Əraqçi və Kaya Kallas arasında telefon danışığı olub

Abbas Əraqçi və Kaya Kallas arasında telefon danışığı olub

İranın Xarici İşlər naziri Abbas Əraqçi və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı baş tutub.

 

"İnformator.az" xəbər verir ki, tərəflər arasında keçirilən məsləhətləşmələr zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Danışıqlar zamanı əsas diqqət ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən son hərbi əməliyyatlara və bunun fonunda bölgədə yaranmış vəziyyətə yönəlib. Tərəflər sözügedən hərbi əməliyyatların regiondakı təhlükəsizlik mühitinə təsirlərini müzakirə ediblər.

 

Diplomatlar həmçinin yaranmış vəziyyətin siyasi, təhlükəsizlik və humanitar fəsadlarını nəzərdən keçiriblər. Abbas Əraqçi və Kaya Kallas gərginliyin azaldılması yolları və beynəlxalq hüquq çərçivəsində atıla biləcək addımlar barədə rəylərini bölüşüblər.

#yeni #gündəm #telefon #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər