Fransada supermarketlərə haker hücumu
Fransanın böyük supermarket şəbəkələri qeyri-adi kiberhücuma məruz qalıb. Hakerlər mağazalardakı soyuducu və dondurucuların temperaturunu uzaqdan idarə edərək 50°C-yə qədər yüksəldiblər.
Nəticədə ət, süd məhsulları, şirələr və digər ərzaqlar xarab olub. Minlərlə ton qida məhsulu yararsız hala düşüb. Bəzi mağazalarda isə kiçik yanğınlar baş verib. Hücum nəticəsində şirkətlər milyonlarla avro zərər çəkiblər.
Mütəxəssislərin sözlərinə görə, hakerlər soyuducuların uzaqdan idarə olunması üçün istifadə edilən köhnəlmiş proqram təminatındakı təhlükəsizlik boşluqlarından yararlanıblar. Hadisədən sonra bəzi supermarketlər əlavə zərərin qarşısını almaq üçün soyuducu sistemlərinin uzaqdan idarəetməsini dayandırıblar.
Fransa hakimiyyəti hücumun arxasında duran şəxsləri müəyyənləşdirmək üçün cinayət araşdırmasına başlayıb. Ölkənin kibertəhlükəsizlik qurumları isə bu hadisənin vacib infrastruktur sistemlərinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaratdığını bildiriblər.
News in Levels
Aysun Xəlilova