00:00:00
Yazar
Admin User
12.06.2023 13:42 287 1 dəq oxuma
Dünya

Abenin qatilinin məhkəməsinə şübhəli paket göndərildi

Abenin qatilinin məhkəməsinə şübhəli paket göndərildi

Öən il sui-qəsd nəticəsində həyatını itirən Yaponiyanın keçmiş baş naziri Abe Şinzonun qatilinin mühakimə olunacağı məhkəməyə şübhəli paket göndərilib.

 

İnformator.az qərb mediasına istinadən xəbər verir ki, hadisədən sonra bina evakuasiya edilərkən, Nara əyalətinin polisi ətrafda təhlükəsizliyi artırıb. Bomba məhv qrupu şübhəli paketə baxış keçirmək üçün hadisə yerinə gedib.

 

Nara Rayon Məhkəməsi şübhəli Yamaqaminin mühakiməsi də daxil olmaqla, məhkəməyə qədərki prosedurların hazırlanması və nəzarət prosesinin ləğv edildiyini açıqlayıb.

 

1912-1920-ci illərdə Yaponiyanın "ən uzunömürlü naziri" kimi tanınan Abe Şinzo 8 iyul 2022-ci ildə qərbi Narada partiyasının seçki kampaniyasına dəstək üçün açıq hava tədbirində çıxışı zamanı sinəsindən aldığı güllə yarasından vəfat edib.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər