00:00:00
Yazar
Admin User
18.04.2025 17:19 234 1 dəq oxuma
Dünya

ABŞ administrasiyası mədən layihələri üçün icazə prosesini sürətləndirir

ABŞ administrasiyası mədən layihələri üçün icazə prosesini sürətləndirir

Ağ Ev bəzi kritik mineral istehsalı layihələri üçün icazə prosesinin sürətləndirildiyini və daha bir çox layihənin tezliklə həyata keçiriləcəyini açıqladı.

 


Ağ Evdən verilən açıqlamada, ABŞ Prezidenti Donald Trampın ölkədə kritik mineralların istehsalının artırılmasına dair sərəncamı çərçivəsində Federal İcazələrin Təkmilləşdirilməsi Şurasının kritik mineral hasilatı layihələri üçün icazə proseslərinin daha şəffaf, hesabatlı və proqnozlaşdırıla bilən olması üçün ilk addımı atdığı bildirilib.

Açıqlamada, icazə prosesləri sürətləndirilən layihələrin ABŞ nin yerli mineral istehsalını artıraraq iş imkanları yaratmaq, iqtisadi rifahı dəstəkləmək və xarici ölkələrdən asılılığı azaltmaq məqsədi daşıdığı vurğulanıb.

 

Mənbə: TRT Haber

Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər