ABŞ aviaşirkətləri yüzlərlə uçuşu ləğv edib
ABŞ-də böyük aviaşirkətlər hökumətin bağlanmasına görə gündəlik həyata keçirdiyi minlərlə uçuşdan yüzlərlə reysi ləğv etməyi planlaşdırır.
"İnformator.az"xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, bu addım bu gündən etibarən ABŞ-ın 40 əsas hava limanında uçuşları 10 faiz məhdudlaşdırmağa başlaması ilə əlaqədar atılır.