00:00:00
Yazar
Hüseynova Mələk
28.10.2026 22:03 18 1 dəq oxuma
Dünya

İsraildə seçki dalanından çıxış üçün dörd ssenari

İsraildə seçki dalanından çıxış üçün dörd ssenari

İsraildə keçirilən seçkilərdən sonra heç bir siyasi blokun parlamentdə çoxluğu təmin edə bilməyəcəyi gözlənilir. Səslərin 85 faizi hesablandıqdan sonra Baş nazir Benyamin Netanyahunun koalisiyası ilə əsas rəqibi Qadi Eyzenkotun rəhbərlik etdiyi blok arasında hökuməti formalaşdırmaq uğrunda mübarizə davam edir.

 

Mövcud vəziyyətdən çıxış üçün dörd ssenari nəzərdən keçirilir: Netanyahunun rəhbərliyi ilə milli birlik hökumətinin yaradılması, Eyzenkotun ərəb partiyalarının dəstəyi ilə koalisiya qurması, Netanyahunun müxalifətdəki sağçı partiyaları öz tərəfinə çəkməsi və ya növbədənkənar seçkilərin keçirilməsi.

 

Ərəb partiyalarının parlamentdə rekord sayda-19 yer qazana biləcəyi ehtimal olunur. Lakin onların hökumətdə iştirakı ilə bağlı siyasi fikir ayrılıqları mövcuddur. Ssenarilər üzrə razılıq əldə olunmasa, İsraildə yenidən seçkilərin keçirilməsi ən real variantlardan biri hesab edilir. Bu halda Netanyahu yeni seçkilərədək müvəqqəti baş nazir vəzifəsini icra edə bilər.

 

BBC

Fatimə Hüseynova

 

#İsrail #seçki #vəziyyət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər