00:00:00
Yazar
Səadət Əlizadə
28.10.2026 21:50 25 2 dəq oxuma
Dünya

İspaniyada dəhşətli qəza: iki sürət qatarı toqquşub

İspaniyada dəhşətli qəza: iki sürət qatarı toqquşub

İspaniyada Madrid–Əndəlüs marşrutu üzrə hərəkət edən iki sərnişin qatarının toqquşması nəticəsində dəhşətli qəza baş verib. Son məlumatlara görə, faciə zamanı ən azı 68 nəfər həyatını itirib, 15-nin vəziyyəti ağır olmaqla 53 nəfər isə xəstəxanalarda müalicə alır.


Kastiliya-La-Manç muxtariyyətinin hökumət başçısı Emiliano Qarsiya-Paqe bildirib ki, həlak olanlardan 44-ü "Iryo", 24-ü isə "Renfe AVE" şirkətinə məxsus qatarda olub.

 

Ölkədə 3 günlük matəm elan olunub.
Hadisə yerinə gələn Baş nazir Pedro Sançes ölkə üzrə 3 günlük rəsmi matəm elan ediləcəyini açıqlayıb. Ötən yanvarın 18-də Kordova yakınlığında 46 nəfərin ölümü ilə nəticələnən oxşar qəzanı xatırladan Sançes, eyni il ərzində iki böyük sürət qatarı qəzasının baş verməsinin qəbuledilməz olduğunu vurğulayıb. O, faktla bağlı geniş araşdırma aparılacağını və hər hansı səhlənkarlıq üzə çıxarsa, cavabdeh şəxslərin cəzalandırılacağını bildirib.

 

Faciəyə İdarəetmə Mərkəzinin səhvi  səbəb olub.
Nəqliyyat naziri Oskar Puente Santyaqo keçirdiyi mətbuat konfransında faciənin təfərrüatlarını açıqlayıb. Nazir bildirib ki, qəza əsas sistem xətasından deyil, dispetçer mərkəzinin verdiyi yanlış qərarlardan qaynaqlanıb.


Səhər saat 08:30-da Urda stansiyasındakı LZB təhlükəsizlik sistemi kompüter şəbəkəsindəki nasazlıq səbəbindən sıradan çıxıb və 63 kilometrlik ərazidəki bütün qatarlar avtomatik olaraq dayanıb. Bu andan etibarən idarəetməni "Atocha" dispetçer mərkəzi təhvil alıb. Lakin mərkəz "Iryo" qatarının relslərdə dayandığını nəzərə almayaraq, saat 08:36-da qırmızı işığa baxmayaraq "AVE" sürət qatarına yoluna davam etmək əmri verib. Nəticədə, təxminən 25 kilometr yol qət edən "AVE" qatarı saat 08:54-də Urda stansiyasının girişində dayanan "Iryo" qatarına arxadan çırpılıb.

 

Nazir Puentenin sözlərinə görə, idarəetmə mərkəzi proses zamanı bir neçə ciddi xətaya yol verib. Hətta qatarlardan birinin maşinisti dispetçerin səhvini düzəldərək, belə vəziyyətdə normal sürətlə deyil, maksimum 40 km/saat olan "vizual sürət" rejimində hərəkət edilməli olduğunu xatırladıb. İspaniyalı nazir problem həll olunmadan qatarın yola salınmasını "ağılsığmaz və bəraəti olmayan idarəetmə xətası" kimi qiymətləndirib.



TRT Haber 
Aysu Abbasova

#azərbaycan #baki #qatarı #dəhşətli #i̇spaniyada
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər