ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, ikili Vaşinqtonda görüşləri zamanı mətbuata açıqlamalar verib. Blinken növbəti ay keçiriləcək NATO-nun Vilnüs sammitinin mühüm dönüş nöqtəsi olacağına işarə edib.
Görüşdə müttəfiqlərin NATO-nun 5-ci maddəsinə sadiqliklərini təsdiqləyəcəklərini ifadə edən Blinken müdafiə imkanlarının da artırılmasının gözlənildiyini bildirib. Blinken NATO-nun Strateji Konsepsiyası çərçivəsində hazırlanan bəzi planların da fəaliyyətə başlayacağını, sammitdə Ukraynaya dəstək paketinin nəzərdə tutulduğunu da söyləyib.
Fatimə
